Çərşənbə axşamı, 22 İyul, 2025

Kibertəhlükəsizlik təlimləri üzrə təqaüd proqramı


  • Dərc edildi: 3 Aprel, 2023 - 12:58
Kibertəhlükəsizlik təlimləri üzrə təqaüd proqramı

Kibertəhlükəsizlik sahəsində karyera qurmaq, kiber sahədə sürətlə artan tələblərə cavab verən bilik, bacarıq və təcrübəyə sahib olmaq istəyirsiniz?

O zaman PRO-ACADEMY şirkəti olaraq sizlərə xoş xəbərimiz var: bp və PROSOL şirkətlərinin kibertəhlükəsizlik təlimləri üzrə birgə təqaüd proqramı çərçivəsində növbəti müraciətlərin qəbuluna başlayırıq. 🤩

Məlumat üçün bildirək ki, biz 2021-2022-ci illərdə 70-ə yaxın kiber mütəxəssisi hazırlayaraq ölkə ekosisteminə qazandırmışıq. Bu prosesin davamı olaraq, 2022-ci ilin sentyabr ayında ADNSU-nun İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 100-dən artıq tələbəsi üçün kiber təlimlər prosesinə start vermişik. Sözügedən təlimlər prosesi daha geniş formada davam etməkdədir.

Sahib olduğumuz təcrübəyə əsaslanaraq bu gündən etibarən kibertəhlükəsizlik təhsili üzrə təqaüd proqramımıza müraciətləri qəbul edirik. Proqram çərçivəsində təlimlər sahə üzrə liderlərdən ibarət komandamız tərəfindən nəzəri və praktiki bilik, bacarıq və yanaşmalar əsasında keçiriləcəkdir.

Vaxt itirmədən müraciət edin və rəqəmsallaşan dünyanın yeni çağırışı olan kibertəhlükəsizlik üzrə peşəkarların sırasına qoşulun. Bu fürsəti qaçırmayın!

Daha ətraflı məlumat üçün linkə keçid edərək müraciət edin:
https://lnkd.in/eDzMHkW4

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4062
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2380
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 209
Bu gündən tələbələri...