Şənbə, 26 İyul, 2025

Layihə meneceri vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 16 Noyabr, 2022 - 11:43
Layihə meneceri vəzifəsi üzrə vakansiya

Tələblər:
 Layihələrin idarə olunması üzrə ən azı 1 illik təcrübə;
 Strateji planlaşdırma və vizyon müəyyən etmə qabiliyyəti;
Araşdırma və yüksək analitik bacarıqları;
Yüksək təşkilatçılıq və liderlik xüsusiyyətləri;
 Təşəbbüskarlıq və kreativ düşüncə qabiliyyəti;

Vəzifə öhdəlikləri:
 Müxtəlif innovasiya layihələrinin həyata keçirilməsi üzrə təkliflərin verilməsində və icrasında iştirak etmək;
 İnnovasiyaların inkişafı üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi ilə bağlı təkliflər vermək;
 Bölmənin fəaliyyət istiqamətlərinə uyğun olaraq innovasiyalar üzrə vahid məlumat bazası, metodologiya və digər platformalarının yaradılması üzrə təkliflərin verilməsində və hazırlanmasında iştirak etmək;
 Layihənin işçi qrupu ilə digər tərəflər arasında əlaqələndirmə üzrə fəaliyyəti təmin etmək;
 Layihəni vaxtında, ayrılmış büdcə çərçivəsində və müvəffəqiyyətlə həyata keçirmək;
 Xarici şirkətlərlə işgüzar əlaqələr qurmaq, müvafiq məlumatları təqdim etmək, qarşılıqlı fəaliyyəti təşkil və idarə etmək;
 Yeni innovativ ideyalar və təkliflər vermək;

 İş saatları: I-V gün, 09:00-18:00
Əmək haqqı bilik və təcrübə səviyyəsinə görə müəyyənləşdiriləcək. Bonus və mükafatlandırma sistemi mövcuddur.

 Müraciət edənlərdən CV-lərini 30.11.2022-ci il tarixinədək mövzu hissəsində vakansiyanın adını göstərməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 177
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 761
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 527
Azərbaycan Texnologi...