Cümə axşamı, 24 İyul, 2025

“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” yeni iştirakçılarını gözləyir


  • Dərc edildi: 23 Mart, 2024 - 21:46
“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” yeni iştirakçılarını gözləyir

“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” yeni iştirakçılarını gözləyir!

Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İGF-ERC) birgə təşkilatçılığı ilə ənənəvi olaraq təşkil olunan “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2024” layihəsinin qeydiyyat mərhələsi elan olunur.

Qeyd edək ki, seçim mərhələsindən uğurla keçən iştirakçılar İƏT ölkələrinin Azərbaycandakı səfirləri və təcrübəli ekspertlər tərəfindən 5 həftəlik mühazirələrdə iştirak edərək müxtəlif mövzular üzrə bilik və təcrübələrini artırmaq şansı qazanacaqlar.

Əgər özünüzü aşağıdakı şərtlərə uyğun hesab edirsinizsə:

 18-30 yaş aralığında tələbə; 

 "Diplomatiya” və “Beynəlxalq əlaqələr" mövzularına maraq; 

 Xarici ölkələrdə keçirilən İƏT Modeli konfranslarında iştirak etmək həvəsi; 

 İngilis dilini yaxşı və ya əla səviyyədə bilirsinizsə. 

O zaman bu layihə diplomatiya sahəsində bilik və bacarıqlarınızı artırmaq üçün əla fürsətdir.

Sonda iştirakçılar İƏT Xarici İşlər Nazirləri Şurasının Simulyasiya Konfransında diplomatik etiketlə iştirak edərək sessiyalarda əldə etdikləri bilik və bacarıqları tətbiq edə biləcəklər. Əvəzsiz təcrübə qazanmaq üçün indi müraciət edin!

Qeydiyyat linki: https://bitly.ws/3gzYp

Son qeydiyyat tarixi: 30 mart 2023-cü il, saat 23:59.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 117
Azərbaycan Texnologi...
SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 265
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 126
BSU regionlardan qəb...