Çərşənbə, 4 İyun, 2025

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) “Addım At” Forumuna ev sahibliyi edib


  • Dərc edildi: 22 May, 2024 - 19:33
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) “Addım At” Forumuna ev sahibliyi edib

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) “Addım At” Forumuna ev sahibliyi edib. Tədbir “Aloha World” xaricdə təhsil şirkətinin baş sponsorluğu və “Addım At” platformasının təşkilati dəstəyi ilə baş tutub.

 

Açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. Eləcə də gəncləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində daha məsuliyyətli olmağa və ekologiyanı qorumağa çağırıb.

Daha sonra spikerlər-Everestə çıxan ilk azərbaycanlı qadın, “Bizimlə gəl” turizm agentliyinin rəhbəri Elmira Aslanova “Sənin Everestin nədir?”, KFC Azerbaijan-ın əməliyyatlar üzrə meneceri Şaiq Zamanov “(U)KFC çempionu olmaq sənin əlindədir!”, “Addım At”, “Xaricdə çörək”, “Aloha World” layihələrinin rəhbəri Toğru Ələkbər “Əsrimizin Əliabbası”, eləcə də “Edulance” təhsil və təlim mərkəzinin və “Outside” təbiət turizm şirkətinin rəhbəri Hüseyn Həsənov “Sən nec(ç)ə insansan?” və İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin yaradıcısı və rəhbəri Araz Əhmədov “Neçə yaşın var?” mövzuları ilə çıxış ediblər. Öz karyera, şəxsi inkişaf və təhsil təcrübələrindən danışıblar. 

Forum bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, PRO LOG Beynəlxalq Təlim Mərkəzinin rəhbəri Sahilə Həmidova və chapple.ai və pixite.ai layihələrinin həmtəsisçisi, reel.az şirkətinin rəhbəri Cəfər Nəcəfovun panel müzakirələri ilə davam edib.

Forum böyük maraqla qarşılanıb. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...