Bazar ertəsi, 28 İyul, 2025

SOCAR AQS Şirkətinin Yay Təcrübə Proqramı – 2023


  • Dərc edildi: 20 Aprel, 2023 - 19:03
SOCAR AQS Şirkətinin Yay Təcrübə Proqramı – 2023

SOCAR AQS Şirkətinin Yay Təcrübə Proqramı – 2023

SOCAR AQŞ Şirkəti 2023-cü il Yay Tərübə Proqramı çərçivəsində 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələrinə (son kurslar istisna olmaqla) aşağıdakı şöbələrdə çox maraqlı öyrənmə və inkişaf imkanlarını təklif edir:

  • Qazma mühəndisliyi
  • Əməliyyatlara dəstək xidmətləri
  • Satınalma və təchizat zənciri

Tələblər

Qazma mühəndisliyi:

  • Neft və qaz mühəndisliyi fakültəsinin 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələri (son kurslar istisna olmaqla)
  • Güclü şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
  • ÜOMG: 90+
  • İngilis və Azərbaycan dil bilikləri yüksək səviyyədə
  • Azərbaycan vətəndaşlığı

 

Əməliyyatlara dəstək xidmətləri:

  • Sənaye və mülki tikinti, neft-qaz qurğuları mühəndisliyi və inşaat mühəndisliyi fakültələrinin 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələri (son kurslar istisna olmaqla)
  • Güclü şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
  • ÜOMG: 80+
  • İngilis və Azərbaycan dil bilikləri yüksək səviyyədə
  • Azərbaycan vətəndaşlığı

 

Satınalma və təchizat zənciri

  • Biznesin idarə olunması, iqtisadiyyat və digər aidiyyatı texniki fakültələrin 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələri (son kurslar istisna olmaqla)
  • Güclü şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
  • İngilis və Azərbaycan dil bilikləri yüksək səviyyədə
  • Azərbaycan vətəndaşlığı

 

Seçim prosesi

Addım 1: CV-nizi 1 may 2023-cü il tarixi, saat 18:00-dək [email protected]  elektron poçt ünvanına göndərin. Nəzərə alın ki, yalnız növbəti mərhələyə seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Email-in mövzu (“Subject”) hissəsində müraciət etdiyiniz şöbənin adını aşağıda göstərildiyi kimi qeyd edin:

  • Summer Internship 2023 – Drilling Engineering;
  • Summer Internship 2023 – Operations Support Services;
  • Summer Internship 2023 – Procurement and Supply Chain;

 

Addım 2: Testlər. Növbəti mərhələyə seçilən namizədlər ingilis dil biliyi səviyyəsini müəyyən etmək üçün yazılı ingilis dili imtahanına dəvət olunacaqlar.

*Qeyd: Qazma mühəndisliyi şöbəsinə müraciət edən namizədlər həmçinin yazılı texniki testə dəvət olunacaqlar.

 

Addım 3: Panel müsahibələri. Testlərdə qənaətbəxş nəticələr əldə etmiş namizədlər panel müsahibələrinə keçid alacaq. Panel müsahibələr müraciət edilən şöbələrin texniki mütəxəssisləri həmçinin İnsan Kapitalı şöbəsinin əməkdaşları tərəfindən birgə aparılacaq.

 

Addım 4: Seçim prosesinin yekunlaşması.

 

 

 

Hazırda müraciətlər açıqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 214
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 805
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 622
Azərbaycan Texnologi...