Şənbə, 19 İyul, 2025

''Direktor köməkçisi'' vakansiyası


  • Dərc edildi: 6 Avqust, 2024 - 22:16
''Direktor köməkçisi'' vakansiyası

''Direktor köməkçisi'' vakansiyası

 

Caspian Equipment Company şirkətində ''Direktor köməkçisi'' vakansiyası aktivdir.


Namizədə olan tələblər:
· Ali təhsil;
· Direktor köməkçisi olaraq ən az 1 il iş təcrübəsi;
· Kompüter bilikləri: MS Office (Excel və Word);
· Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, rus dili biliyi yüksək səviyyədə, ingilis dili arzuolunandır;
· Operativ və gördüyü işə cavabdehlik.

Vəzifə öhdəlikləri:
· Əməkdaşlarla direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;
· Direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;
· Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması;
· Təsdiqlənmiş sənədlərin skan edilməsi və kataloqlaşdırılması;
· Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin direktora təqdim olunması;
· Tərcümə və çap işlərinin icrası;
· Direktorun görüşlərinin təşkili, izlənilməsi və ehtiyac olduqda onlayn görüş yaradılması;
· Direktorun daxili və xarici səfərlərinin planlanması, aviabiletlərin alınması və otelin bron edilməsi;
· Direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;
· Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;
· İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;
· Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;
· Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılmalı sənədlərin göndərilməsi;
· Şirkətin korporativ portalında direktorun göstərişi ilə məlumatların paylaşılması.


İş şərtlərimiz:
· İş qrafiki : Həftə içi 5 gün;
· İş saatları: 08:30-17:30;
· Əmək haqqı: 554 - 637 azn;
· İş yeri: Binəqədi ray, Mədən küç 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor köməkçisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 1940
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 761
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 167
Bu gündən tələbələri...