Cümə axşamı, 4 Sentyabr, 2025

Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu


  • Dərc edildi: 30 Noyabr, 2023 - 20:25
Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu

“Bir Könüllü” Tələbə Təşkilatının “Elm və İnnovasiya” proqramının təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə keçirilən Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumunda iştirak üçün qeydiyyat başladı! 

Forumda ali təhsil müəssisələrinin təbiət elmləri ixtisaslarında (fizika, kimya,biologiya, fizika mühəndisliyi, kimya mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, tibb elmləri, ətraf mühit və.s) bakalavriat səviyyəsi üzrə təhsil alan II-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. 

Həmçinin, forumda elmi işləri ilə poster təqdimat şəklində çıxış etmək istəyən tələbələr öz elmi işlərini [email protected] elektron poçt ünvanına “ATEİF-poster təqdimat” başlığı ilə göndərə bilər.

 Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/5MHkHsEKeQQRmK1K7

 Son müraciət tarixi: 10.12.2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8129
Sumqayıt Dövlət Univ...