Şənbə, 7 İyun, 2025

“Qeyri-formal təhsilin əsasları” layihəsinə start verilir


  • Dərc edildi: 21 Yanvar, 2023 - 22:05
“Qeyri-formal təhsilin əsasları” layihəsinə start verilir

Əziz gənclər! 

Yeni biliklər əldə edərək özünü inkişaf etdirmək istəyənlər üçün “Qeyri-formal təhsilin əsasları” layihəsinə start verilir! 

Layihənin əsas məqsədi təhsil və ya gənclərlə iş sahəsində təhsil alan, fəaliyyət göstərən və bu sahəyə marağı olan gəncləri bir araya gətirərək onları qeyri-formal təhsil haqqında məlumatlandırmaq, yeni təhsil metodları ilə tanış etmək, təlim və təhsil prosesini daha maraqlı etməyin yollarını aşılamaqdır. 

Layihə çərçivəsində siz, 

- Qeyri-formal təhsil nədir?;

- Qeyri-formal təhsilin metodları;

- Gənclərlə işdə qeyri-formal təhsil; 

- Özünüifadə;

- Təqdimat bacarıqları; 

- Enercayzerlərdən istifadə kimi mövzularda təlim və görüşlərdə iştirak edəcəksiniz. 

Əgər siz də layihədə iştirak edərək Qeyri-formal təhsilin əsaslarına yiyələnmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin! 

Layihənin icra müddəti: 7-10 fevral 2023

 Son qeydiyyat tarixi: 27.01.2023

Qeydiyyat linki: https://bit.ly/3GZUesz

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir və Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 130
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...