Bazar, 27 İyul, 2025

Beynəlxalq satınalma üzrə kiçik mütəxəssis tələb olunur


  • Dərc edildi: 28 Mart, 2024 - 12:00
Beynəlxalq satınalma üzrə kiçik mütəxəssis tələb olunur

166 Yükdaşıma və Logistika şirkətinə Beynəlxalq satınalma üzrə kiçik mütəxəssis tələb olunur.
 
Vəzifə öhdəlikləri:
-Xarici və daxili bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması;
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi;
-Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla danışıqların aparılması;
- Satınalma prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması;
-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Hesabatların hazırlanması və təqdim edilməsi.
 
Vəzifənin tələbləri:
-Beynəlxalq münasibətlər, logistika və xarici satınalma ixtisaslarından məzun olmuş, yaxud magistr tələbələri.
-İngilis dili (B2), rus dili və çin dili biliyi üstünlükdür.
-MS Office proqramları üzrə biliklər.
-İş təcrübəsi arzuolunandır. İş öyrədilir.
 
İş şərtləri:
-İş qrafiki: Bazar ertəsi - cümə, saat 09:00-18:00.
-Əmək haqqı müsahibə zamanı qarşılıqlı razılaşma əsasında təyin olunur.
-Ünvan: Zərifə Əliyeva 55, Yeni Həyat Plaza, Bakı, Azərbaycan.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Beynəlxalq logistika üzrə mütəxəssis”  yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 210
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 801
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 611
Azərbaycan Texnologi...