Bazar, 3 Avqust, 2025

Fəaliyyət göstərdiyin sahədə natiqlik bacarıqlarınla fərqlən və sən də İctimai Natiq-lərdən biri ol!


  • Dərc edildi: 9 Noyabr, 2022 - 15:06
Fəaliyyət göstərdiyin sahədə natiqlik bacarıqlarınla fərqlən və sən də İctimai Natiq-lərdən biri ol!

Fəaliyyət göstərdiyin sahədə natiqlik bacarıqlarınla fərqlən və sən də İctimai Natiq-lərdən biri ol! 

Deyirlər ki, natiqlik sənəti ilə məşğul olan hər bir kəs hansı mövzuda nitq söyləyirsə, həmin sahəni dərindən öyrənir, müşahidələr aparır və uğur qazanır.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə başlanılan “İctimai natiq” layihəsi bunu əsas götürərək 7 fərqli istiqamət üzrə fəaliyyət göstərən 70 gənci əhatə edəcək.

Seçilən gənclər ilkin mərhələdə standart nitqin strukturu, debatın əhəmiyyəti, natiqlik sənəti, ikinci mərhələdə isə müraciət etdikləri sahələr üzrə peşəkarlar tərəfindən keçirilən spesifik natiqlik təlimlərinin iştirakçısı olacaqlar.

Layihə çərçivəsində təlimlərdən sonra baş tutacaq seçim mərhələsi əsasında 7 fərqli sahənin hər birindən bir ən yaxşı natiq seçiləcək və xüsusi video-çarxlar hazırlanacaq.

Layihənin məqsədi müxtəlif sahələrdə təmsil olunan gənclərin natiqlik, təmsilçilik və araşdırma bacarıqlarının inkişaf etdirilməsidir.

Biz həmin “ictimai natiq”ləri axtarırıq!


Qeydiyyat linki: https://forms.gle/8zzd1stFTb74sqpr6


Qeyd: Layihə Bakı şəhərində təşkil olunacaq, noyabr ayı ərzindəki fəaliyyətlər həftə içi bir gün və həftəsonları iki gün ərzində baş tutacaq. Ətraflı məlumat iştirakçılara təqdim olunacaq.

Qeydiyyat üçün son tarix: 09.11.2022

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5464
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 911
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 318
“İnnovativ məktəb” l...