Şənbə, 7 İyun, 2025

“Ekoİnkişaf- Ekoloji Maarifləndirmə Kampaniyası” adlı layihə keçiriləcək


  • Dərc edildi: 11 Fevral, 2023 - 18:29
“Ekoİnkişaf- Ekoloji Maarifləndirmə Kampaniyası” adlı layihə keçiriləcək

“Sağlam Düşüncə” – Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə 

Sumqayıt şəhərində “Ekoİnkişaf- Ekoloji Maarifləndirmə Kampaniyası” adlı layihə həyata keçirəcək.

Layihədə 18-24 yaş aralığında olan və Sumqayıt-Bakı ərazisində yaşayan gənclər iştirak edə bilər. Əgər siz, ekoloji sahələrdə təhsil alır və ya ətraf mühitin mühafizəsi ilə bağlı mövzularla maraqlanırsınızsa bu layihə məhz sizin üçündür!

Layihə ilə maraqlanan gənclərdən aşağıdakı formu 16 fevral saat 

 23:59-dək doldurmaları xahiş olunur.

https://form.jotform.com/230353626536455

3 ay davam etməsi nəzərdə tutulan “Ekoİnkişaf- Ekoloji Maarifləndirmə Kampaniyası” layihəsi ekoloji savadlılığını, liderlik bacarıqlarını artırmaq, yeni biliklər qazanmaq və öyrəndiklərini paylaşmaq istəyən gənclər üçündür. Layihə müddətində siz müxtəlif nəzəri və praktiki biliklər əldə edəcək, qeyri-formal təhsil metodları ilə tanış olacaq,liderlik bacarıqlarınızı inkişaf etdirəcək məişət tullantılarının azaldılması və idarə edilməsinə dair baza bilikləri özünüzdə formalaşdıracaqsınız.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi Gənclər Təşkilatları üçün 16-cı qrant müsabiqəsinin qaliblərindən biridir. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 123
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...