Çərşənbə, 23 İyul, 2025

DWH/ETL/SQL Developer vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 10 Aprel, 2023 - 22:56
DWH/ETL/SQL Developer vəzifəsi üzrə vakansiya

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində DWH/ETL/SQL Developer vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • DWH və ETL sistemləri ilə işləmək və optimallaşdırma işlərini görmək;
  • Airflow sistemində prosesləri qurmaq;
  • Python dilindən istifadə edərək müxtəlif scriptlər yazmaq.

 

Namizədə qarşı tələblər: 

 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (bank sahəsi üzrə təcrübə arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri texniki səviyyədə arzuolunandır;
  • Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (Oracle SQL, PostgreSQL, MSSQL, MySQL);
  • ETL və DWH haqqında biliklər və təcrübə;
  • Python haqqında nəzəri biliklər;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə DWH/ETL/SQL Developer qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 163
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 98
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4339
Sumqayıt Dövlət Univ...