Bazar, 27 İyul, 2025

Xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək


  • Dərc edildi: 25 Yanvar, 2024 - 16:31
Xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək

Xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək.

Birliyin Mətbuat xidmətindən Edumap.az-a məlumat verilib ki, tədbir 30 yanvar, saat 15:00-da Bakı Kitab Mərkəzində keçiriləcək. Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə xalq şairi Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, cəmiyyətdə ədəbi dəyərlər və Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək.

Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində yaradıcı gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://shorturl.at/rCNS3

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 203
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 798
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 590
Azərbaycan Texnologi...