Bazar ertəsi, 21 İyul, 2025

“STEP” Gənc İstedadlar Təcrübə Proqramı


  • Dərc edildi: 22 İyul, 2024 - 20:03
“STEP” Gənc İstedadlar Təcrübə Proqramı

“STEP” Gənc İstedadlar Təcrübə Proqramı

 

Fürsət qarşındadır, addım atmağa hazırsan?!

 

8 fərqli sektorda fəaliyyət göstərən və Azərbaycanın ən böyük şirkətlər qrupu olan Azərsun Holdinq ilk dəfə olaraq Səriştəli, Təşəbbüskar, Enerjili və Potensiallı gənclər üçün ödənişli “STEP” Gənc İstedadlar Təcrübə Proqramına start verir!
 

6 aylıq təcrübədə səni nələr gözləyir?
 

  • Rəqabəlcil maaş və imtiyazlar
  • 6 ay ərzində İstehsalat, Kommersiya və Pərakəndə sahələrində işi peşəkarından öyrənərək geniş təcrübə qazanmaq imkanı
  • Azərsun Akademiyasının imkanlarından istifadə edərək işlədiyin sahələr və şəxsi inkişafla bağlı geniş təlim paketlərindən yararlanmaq fürsəti
  • Şirkətimiz üst səviyyə rəhbərlərindən alacağın mentorluq dəstəyi
  • İlk günündən etibarən hər mövzuda sənə dəstək olacaq buddy dəstəyi
  • Peşəkar korporativ iş mühiti
  • Holdinq daxili müəssisələrdə rotasiya planı
  • Layihə idarə etmə təcrübəsi
  • Təcrübə müddətini yaddaqalan edən müxtəlif və sürpriz teambuildinglər 😉
     

STEP - ə kimlər müraciət edə bilər?

 

  • Universiteti yeni bitirmiş məzunlar
  • Maksimum 1 ilədək iş təcrübəsi olanlar
  • Öyrənməyə və inkişafa həvəsli olan gənclər
     

İlk addım üçün nə etməlisən?

 

  • 16.08.2024 tarixinədək 100 sözdən ibarət “Nə üçün mən və nə üçün Azərsun” başlıqlı motivasiya məktubunu və CV-ni [email protected] elektron poçtuna göndərərək seçim prosesində iştirak edə bilərsən.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3804
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2189
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...