Çərşənbə axşamı, 5 Avqust, 2025

Ödənişsiz olan inklüziv düşərgə ilə layihə idarəçiliyini öyrən və yeni iş bacarıqları qazan!


  • Dərc edildi: 11 Dekabr, 2024 - 03:01
Ödənişsiz olan inklüziv düşərgə ilə layihə idarəçiliyini öyrən və yeni iş bacarıqları qazan!

8 gün ərzində karyerana fərq qat!

Ödənişsiz olan inklüziv düşərgə ilə layihə idarəçiliyini öyrən və yeni iş bacarıqları qazan!

 


22-29 dekabr tarixlərində Şəki İdman Kompleksində keçiriləcək Layihə Yazılması Təliminə qoşul! Təlim Avropa Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin birgə dəstəyi, Öndə Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.


Təlimdə səni gözləyir:
 Peşəkar təlimçilər – sahəsində sertifikatlı olan mütəxəssislərdən öyrən.
 Şəbəkələşmə imkanı – həmfikirlərlə əlaqələr qur.
 İnklüziv mühit – hər kəs üçün bərabər şəraitdən faydalan.
 Yaradıcı və əyləncəli metodlar – öyrənərkən əylən!

Şəkidə 8 gün ərzində layihə yazmaq, məntiqi çərçivə hazırlamaq bacarıqlarını inkişaf etdirə bilərsən. Daha sonra Bakıda 2 günlük hakatonda komanda yoldaşların ilə layihə hazırlama imkanın olacaq. Layihədən sonra hazırladığın layihə ilə Gənclər Fondunun maliyyə dəstəyi üçün müraciət edə bilərsən!


İndi müraciət et və bacarıqlarını karyeranda fərq yaratmaq üçün artır!
Müraciət üçün ətraflı məlumatı Öndə Gənclər İctimai Birliyinin instagram hesabından ala bilərsən. https://www.instagram.com/ondegencler/ 
Gələcəyə Addım At!

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5759
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1061
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 380
“İnnovativ məktəb” l...