Cümə axşamı, 4 Sentyabr, 2025

“Viveka”dan startapınız üçün möhtəşəm mentorluq fürsətini qaçırmayın!


  • Dərc edildi: 8 Avqust, 2023 - 21:59
“Viveka”dan startapınız üçün möhtəşəm mentorluq fürsətini qaçırmayın!

Türkiyənin nüfuzlu startap akseleratoru “Viveka”dan startapınız üçün möhtəşəm mentorluq fürsətini qaçırmayın!

“Pasha Holding” şirkətlər qrupunun sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təsis edilmiş “Viveka Mentorship Program” layihəsinə müraciət qəbulu başladı.

“Viveka Mentorship Program” nədir?

Bu proqram innovativ startap sahibkarlığını təşviq etməyi qarşısına məqsəd qoyan təşəbbüsdür. Proqram iştirakçıları Türkiyənin ən qabaqcıl startap mentorlarından innovativ sahibkarlıq sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.

Onu da qeyd edək ki, mentorluq təlimləri hibrid formatda (onlayn/oflayn) olacaq.

Kimlər müraciət edə bilər?

Proqrama Azərbaycanda startap fəaliyyəti ilə məşğul olan və akademik istiqamətdə fəaliyyət göstərən professor-müəllim heyətinin üzvləri müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla tamamlayan ən uyğun 20 namizəd “Viveka Mentorship Program”da iştirak hüququ əldə edəcək.

Son müraciət tarixi: 21 avqust, 2023-cü il

Müraciət üçün link: https://az-mentor.paperform.co/

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1117
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8121
Sumqayıt Dövlət Univ...