Bazar ertəsi, 2 İyun, 2025

Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə maaşlı təcrübə keçmək imkanı təklif edir


  • Dərc edildi: 6 Sentyabr, 2023 - 16:15
Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə maaşlı təcrübə keçmək  imkanı təklif edir

Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli təcrübə keçmək və universiteti bitirdikdən sonra şirkətdə işləmək imkanı təklif edir.
Əyani şöbədə 3-cü və daha yuxarı kursda oxuyan tələbələr (magistr və aspirantlar daxil olmaqla) Carlsberg Azerbaijan-da təcrübə proqramında iştirak edə bilərlər.
Tələbələrə əmək müqaviləsi bağlamaq təklif olunur (müəyyən sınaq müddəti ilə).
Təcrübə başa çatdıqdan sonra yüksək nəticələr göstərən təcrübəçilərə təcrübə və ixtisaslarına uyğun olaraq daimi iş təklif oluna bilər (Şirkətdə vakansiya olduğu halda).

Şöbə: Brend Marketinq

Görüləcək işlər:
- marketinq strategiyalarının və şirkətin brendinin reklam kampaniyalarının hazırlanmasında və həyata keçirilməsində dəstək
- saytımız və sosial şəbək�

�lər üçün kontentin hazırlanmasında iştirak
- təqdimatların və reklam materiallarının hazırlanmasında dəstək
- daha effektiv marketinq strategiyalarının müəyyən edilməsi üçün bazarın və rəqiblərin təhlili

Təcrübə proqramında iştirak üçün lazım olan biliklər:
- marketinq, reklam, PR və ya əlaqəli sahələrdə ali və ya orta təhsil
- marketinq sahəsində işləmə və bacarıqlarını təkmilləşdirmə istəyi
- Təqdimat hazırlama bacarığı
- Ofis proqramlarında işləmə bacarığı : MS Word, MS Excel, MS PowerPoint
- Yazılı və şifahi kommunikasiya bacarığı
- Komandaya rahat adaptasiya və tez öyrənmək bacarığı
- Analitik və kreativ düşünmə bacarığı
- Azərbaycan, ingilis və rus dili bilikləri

CV-lərinizi [email protected] el.ünvana göndərməyiniz xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...