Bazar ertəsi, 11 Avqust, 2025

“Bank Respublika” ASC Telemarketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 20 Sentyabr, 2023 - 11:28
“Bank Respublika” ASC Telemarketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

“Bank Respublika” ASCTelemarketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Təqdim edilmiş müştəri bazası üzrə telefon zənglərinin edilməsi;
  • Telefon vasitəsi ilə müştərinin biznesinin ilkin minimal analizi;
  • Müştərilərə telefon vasitəsi ilə aqro və mikrokredit məhsullarının təklif edilməsi və satış.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Təcrübə: Telemarketinq sahəsi üzrə minimum 6 ay iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı); 
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Telemarketinq üzrə kiçik mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6256
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1295
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 498
“İnnovativ məktəb” l...