Bazar ertəsi, 21 İyul, 2025

YAY FEST 2024 üçün qeydiyyat başladı!


  • Dərc edildi: 29 İyun, 2024 - 00:50
YAY FEST 2024 üçün qeydiyyat başladı!

YAY FEST 2024 üçün qeydiyyat başladı! 

 

Azərbaycanın ən böyük gənclər festivalı bu yay möhtəşəm anlarla dolu olacaq! Daha rəngarəng, daha əyləncəli və daha böyük bir formatda sizləri gözləyirik! 

İyul - sentyabr aylarında hər biri beş gün olmaqla 8 fərqli mövzuda düşərgələr təşkil ediləcək. Ümumilikdə 2 min gənc bir araya gələrək, maraqlı fəaliyyətlərə qoşulacaq, yeni biliklər və dostluqlar qazanacaqlar! 

Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən sizə uyğun tarixi və mövzunu seçməyi unutmayın.

Seçildiyiniz təqdirdə növbəti mərhələ üçün müsahibəyə dəvət ediləcəksiniz.

 Şamaxının təbiətində keçiriləcək festivalda iştirak edənlər yaşayış çadırlarında qalacaqlar.

Yay Fest-in sehrinə qapılmağa hazır olun! 

 Qeyd:

Qeydiyyat üçün son tarix: 12 İyul, 17:00

Festival ödənişsizdir;

18-29 yaş arası gənclər qeydiyyatdan keçə bilər;

 Seçim zamanı yaradıcı və ictimai fəallığı olan gənclərə üstünlük veriləcək;

 İştirakçı sayı limitlidir, seçildiyiniz təqdirdə sizinlə əlaqə saxlanılacaq.

 Qeydiyyat üçün: yayfest.az veb saytından istifadə edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3639
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2059
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 195
Bu gündən tələbələri...