Cümə, 6 İyun, 2025

Qəbul imtahanlarında iştirak etmək üçün tələb olunan ödənişdən azad olan abituriyentlər barədə məlumat


  • Dərc edildi: 3 Mart, 2023 - 15:00
Qəbul imtahanlarında iştirak etmək üçün tələb olunan ödənişdən azad olan abituriyentlər barədə məlumat

İmtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili alanlar istisna olmaqla) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı ödənişsiz olur. Bu abituriyentlər “İnformatika”, “Coğrafiya” fənni üzrə əlavə imtahanda iştirak etdikləri halda ödəniş (10 AZN) edəcəklər. 

Aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili alanlar istisna olmaqla) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə)

iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: 
 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; 

 şəhid ailəsinin üzvləri; 

 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; 

 məcburi köçkün statusu olan şəxslər; 

 I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 76
Elm və təhsil naziri...