"Rəqamsal Tibbi Həllər" MMC-də Texniki dəstək (Helpdesk) üzrə mütəxəssis vakansiyası mövcüddur.
Vəzifə öhdəlikləri:
· “Service Desk” proqramına gələn sorğuların icrası
· İstifadəçilərin kompyüterlərinə əməliyyat sistemlərin və lazımı proqramların yazılması
· IT ilə bağlı yaranan problemlərin həllində dərhal texniki dəstəyin göstərilməsi
· Printerlərin və ümumi şəbəkə qovluqların (share folder) kompyüterlərə əlavə edilməsi və nəzarət aparılması
· IT xidmətlərini təmin edən sistemlərin inzibatçılığı və texniki dəstək işlərin aparılması
Vəzifə üçün tələblər:
- Ali təhsil (texniki sahədə təhsil arzu olunandır)
- Helpdesk(texniki dəstək) üzrə iş təcrübəsi (arzu olunandır)
- Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər
- Şəbəkə üzrə ilkin biliklər
- Domain controller üzrə ilkin biliklər
- Microsoft Office üzrə ilkin biliklər
- Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi (arzu olunandır)
- Problemlərin həll edilməsində operativlik və dəqiqlik
📩 Xahiş edirəm, CV-nizi [email protected] email ünvanına göndərəsiniz. Göndərilən CV-lərdə mövzu adı yerində “IT texniki dəstək üzrə mütəxəssis (Helpdesk)” yazılmalıdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb