Bazar ertəsi, 28 İyul, 2025

KOB və Startaplar üçün investissiya cəlbi ilə bağlı vörkşop keçiriləcək


  • Dərc edildi: 30 Aprel, 2024 - 12:57
KOB və Startaplar üçün investissiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

KOB və Startaplar üçün investissiya cəlbi ilə bağlı vörkşop keçiriləcək



Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumu (World Economic Forum) ilə icra etdiyi "Rəqəmsal iqtisadiyyata investisiyaların cəlbi" layihəsi çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə ölkədəki “scale-up” mərhələsindəki startap və KOB-ların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində 13-14 iyun tarixlərində Bakı şəhərində 2 günlük vörkşop keçirməyi planlaşdırır.

Vörkşop çərçivəsində xarici birbaşa investisiyaların cəlbi üçün əsas göstəricilər və kriteriyalar, onlara nail olunması istiqamətində dövlət və özəl sektor iştirakçılarının vəzifələri, müvafiq sahələr üzrə bazar araşdırmasının aparılması metodları, ictimai-mədəni adaptasiya, fərdiləşdirilmiş yanaşmanın əhəmiyyəti və lokallaşdırma, maliyyə planlaşdırması, şirkət infrastrukturu və “scale-up” potensialı, resursların optimizasiyası kimi sahələrdə təlim və müzakirələr həyata keçiriləcək.

Tədbirdə həmçinin investorların hədəflənməsi strategiyalarına dair ekspert rəyi və fərdi məsləhətləşmə sessiyaları nəzərdə tutulur. Vörkşopda Azərbaycanla yanaşı, Mərkəzi Asiya və Türkiyədən də startapların iştirakı gözlənilir.

4SİM startap və KOB-ları 13-14 iyun tarixlərində Bakı şəhərində baş tutacaq bu vörkşopa dəvət edir. Tədbirdə yerlərin sayı məhduddur. Yalnız ilk müraciət edənlər vörkşopda iştirak haqqı qazana bilər.

Ətraflı məlumat: https://shorturl.at/lmrDP
Qeydiyyat üçün son tarix: 20 may, 2024

Müraciət üçün: https://lnkd.in/e3dpfqjZ

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 218
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 807
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 636
Azərbaycan Texnologi...