Çərşənbə, 23 İyul, 2025

2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri haqqında məlumat


  • Dərc edildi: 27 Dekabr, 2023 - 16:42
2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri haqqında məlumat

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri aşağıdakı cədvəldə təqdim olunur. İmtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

 İmtahanın adı
 
Tarix
1.      Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona,
 Peşə liseylərinin buraxılış imtahanı
 3 mart
2.      Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona,
 Peşə liseylərinin buraxılış imtahanı
 10 mart
3.      Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 17 mart
4.      Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona 7 aprel
5.      Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona  21 aprel 
6.      Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd 12 may
7.      Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 2-ci cəhd 30 iyun

 

Qeyd 1: İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
 

Qeyd 2: Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.

Qeyd 3: DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 151
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 96
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4329
Sumqayıt Dövlət Univ...