Çərşənbə axşamı, 29 İyul, 2025

Marketinq şöbəsinin rəhbəri vakansiyası


  • Dərc edildi: 11 Dekabr, 2024 - 20:00
Marketinq şöbəsinin rəhbəri vakansiyası

Marketinq şöbəsinin rəhbəri vakansiyası



YIĞIM Payment System-də Azərbaycanın rəqəmsal iqtisadiyyatına yön verən komandanın üzvü ola bilərsiniz! Bizə qoşularaw peşəkar komandamızda öz yerinizi alın!

Əsas vəzifə öhdəlikləri:

- Brendin tanınmasını artırmaq və müştəri bazasını genişləndirmək üçün marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Reklam kampaniyalarının, aksiyaların və tədbirlərin təşkili.
- Marketinq layihələrinin idarə edilməsi və komandanın işinin əlaqələndirilməsi.
- Marketinq büdcəsinin hazırlanması və nəzarəti.
- Bazarın, rəqabət mühitinin təhlili və innovativ həllərin tətbiqi.
- Şirkətin mövcud müştəriləri ilə görüşlərin keçirilməsi, onların ehtiyaclarının müzakirəsi və satışların artırılması.
- Şirkətin digər şöbələri ilə qarşılıqlı əlaqələrin qurulması və proseslərin uyğunlaşdırılmasının təmin edilməsi.
- Rəhbərlik üçün analitik hesabatların hazırlanması.

Tələblər:

- Marketinq sahəsində ən azı 3 illik iş təcrübəsi, bunun 1 ili rəhbər vəzifədə.
- Müasir marketinq alətləri, o cümlədən rəqəmsal marketinq, SMM və SEO üzrə biliklər.
- Müxtəlif məzmun növləri ilə işləmək bacarığı (foto, video, qrafika, 3D dizayn).
- Strateji planlaşdırma və büdcələrin idarə edilməsi bacarığı.
- Komandaya effektiv rəhbərlik etmək bacarığı.

Təklif edirik:

- Azərbaycan qanunvericiliyinə uyğun olaraq rəsmi işə qəbul.
- Mərkəzdə rahat ofis, həftədə 5 gün, 09:00-18:00 iş qrafiki.
- Rəqabətə davamlı əmək haqqı və peşəkar inkişaf imkanları.

Bizə qoşulmaq üçün, CV-nizi [email protected] ünvanına Marketinq başlığı ilə göndərin!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 240
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 842
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 703
Azərbaycan Texnologi...