Bazar ertəsi, 2 İyun, 2025

Abşeron Logistika Mərkəzi MAAŞLI TƏCRÜBƏ PROQRAMI elan edir


  • Dərc edildi: 27 Fevral, 2023 - 15:40
Abşeron Logistika Mərkəzi MAAŞLI TƏCRÜBƏ PROQRAMI elan edir

Abşeron Logistika Mərkəzi ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.

Abşeron Logistika Mərkəzi özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan maliyyə, təhlil və məlumatlarla iş sahələrində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş məzunlar, dinamik gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir. Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz.

Sizə nə təklif edirik?

  • Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit
  • Seçiminizə müvafiq olaraq aşağıdakı sahələrdən birində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək

 

Təcrübə proqramının əhatə etdiyi sahələr:

  • Təhlil-analitika
  • Logistika əməliyyatları
  • Müştərilərlə iş

 

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil
  • Azərbaycan və Rus dilləri əla səviyyədə
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə izah etmək
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm
  • Təhlil aparmaq, analitik düşünmə bacarığı
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı
  • Yüksək araşdırma və tədqiqat bacarığı
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı
  • Görüş və təqdimatlarda iştirak
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi


Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 24 mart 2023-cü il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində seçdiyiniz istiqamət üzrə “Təcrübə proqramı – müştərilərlə iş”; “Təcrübə proqramı – təhlil”; “Təcrübə proqramı – logistika” yazmaqla göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 21
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 95
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 142
Lisey və gimnaziyala...