Bazar ertəsi, 4 Avqust, 2025

APA Media Group yeni layihəyə başlayıb


  • Dərc edildi: 16 Oktyabr, 2024 - 14:50
APA Media Group yeni layihəyə başlayıb

Azərbaycanda onlarla jurnalist üçün məktəb olmuş APA Media Group yeni layihəyə başlayıb.

 

Şirkət APA Jurnalist Məktəbini yaradıb.

Məktəbin yaradılmasında məqsəd peşəkar, operativ, yeni media standartları ilə işləməyi bacaran jurnalist hazırlığı ilə məşğul olmaqdır.

APA Jurnalist Məktəbində 3 ay davam edəcək ilk təlimlərə qeydiyyat bu gündən başlayır. Qeydiyyat oktyabrın 30-dək davam edəcək. Qeydiyyat ödənişsizdir.

Təlimlər həftədə 3 dəfə müəyyən olunmuş proqram üzrə aparılacaq. APA Jurnalist Məktəbində ilk təlimçilər tanınmış jurnalistlər Qabil Abbasoğlu və İlqar Əlfidir.

Bundan başqa, hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər.

Qeyd edək ki, APA Media Group Azərbaycanda online medianın ilk nümunələrini yaradan şirkətlərdəndir. Azərbaycanın onlarla tanınmış jurnalisti ilk fəaliyyətinə məhz bu şirkətdə başlayıb, yüzlərlə jurnalist bu günə qədər APA Media Groupda fəaliyyət göstərib.

 

Email: [email protected]

Əlaqə: 070 - 712 - 72- 73

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5573
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 969
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 343
“İnnovativ məktəb” l...