Şənbə, 7 İyun, 2025

Təkrarsığorta üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 28 Sentyabr, 2024 - 10:05
Təkrarsığorta üzrə təcrübəçi vakansiyası

Təkrarsığorta üzrə təcrübəçi vakansiyası

 

Vəzifə və öhdəliklər:

  • Daxil olan sorğuları və təklifləri diqqətlə analiz etmək və birbaşa müdirin rəhbərliyi ilə müvafiq risklərin təkrarsığortası üzərində işə dəstək göstərmək;
  • Debitor və kreditorların araşdırılması və onların ödənilməsi ilə bağlı bütün kompleks işlərdə iştirak etmək;
  • Birbaşa müdirin göstərişinə əsasən şirkətin öz riskləri üzrə əlverişli şərtlərin əldə edilməsi və onların təkrarsığortalanması üçün təkrarsığortaçılar ilə danışıqlar aparmaq;
  • Qəbul olunan təkrarsığorta həcmlərinin genişləndirilməsi və təkrarsığorta sliplərinin yenilənməsi məqsədilə təkrarsığorta şirkətləri ilə kommunikasiya qurmaq;
  • Müvafiq təqdimatların hazırlanmasında birbaşa müdirə və digər təkrarsığorta şöbəsinin əməkdaşlarına köməklik göstərmək;
  • Birbaşa müdirin rəhbərliyi altında şöbənin operativ məsələlərinin həlli prosesində iştirak etmək.
     

 

Bilik və bacarıqlar:

BİLİKLƏR

  • Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq;
  • Dil bilikləri: yaxşı səviyyədə (B2/C1, C2) Azərbaycan, İngilis və Rus dilləri;
  • Kompüter bilikləri: Microsoft Office proqramından istifadə etmək bacarığı;

 

TƏCRÜBƏ

  • Sığorta sahəsində təcrübə arzuolunandır.

 

BACARIQLAR

  • Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
  • Bazar üzrə araşdırma və təhlil apara bilmək;
  • Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
  • Danışıq və təqdimat bacarığı.


Son müraciət tarixi: 26.10.2024 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin və təhsil aldığınız/məzun olduğunuz universitetin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 112
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 285
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...