Cümə, 6 İyun, 2025

Qeyri-ənənəvi əmlak sığortası üzrə müştərilərin cəlb olunması komandası üçün təcrübəçi vakansiyası


  • Dərc edildi: 24 Yanvar, 2025 - 17:24
Qeyri-ənənəvi əmlak sığortası üzrə müştərilərin cəlb olunması komandası üçün təcrübəçi vakansiyası

“PAŞA Sığorta” ASC namizədləri Qeyri-ənənəvi əmlak sığortası üzrə müştərilərin cəlb olunması komandası üçün təcrübəçi  vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

 

Vəzifə öhdəlikləri:

Müştəri ehtiyaclarının öyrənilməsi və yeni məhsul ideyalarının hazırlanması:

  • Müxtəlif müştəri qruplarının ehtiyaclarının öyrənilməsi və onların əsasında yeni məhsul və xidmətlərin yaradılması üzrə təkliflər vermək
  • Müştəri sorğularının keçirilməsi və nəticələrin təhlili
  • Məhsul inkişafı prosesinə dəstək vermək

 

Müştərilərlə əlaqə və satış dəstəyi: 

  • Potensial müştərilər və mövcud müştərilərlə əlaqə qurmaq 
  • Məhsulların təqdimatı və satışların həyata keçirilməsində dəstək olmaq 
  • Müştərilərdən gələn sualları və müraciətləri cavablandırmaq 
  • Satış sonrası xidmət və müştəri məmnuniyyətinin təmin olunmasına dəstək

 

Kommunikasiya və partnyorlarla iş: 

  • Yeni və mövcud partnyorlarla əməkdaşlığın qurulmasına dəstək olmaq 
  • Görüşlər və təqdimatların təşkili, hesabatların hazırlanması

 

Marketinq dəstəyi: 

  • Məhsulun tanıtımı üçün marketinq materiallarının hazırlanmasında iştirak etmək 
  • Marketinq kompaniyalarının təşkilinə dəstək vermək 

 

Tələblər: 

  • Ali təhsil (bitmiş və ya davam edən)
  • Analitik düşüncə və təhlil aparma bacarığı
  • Effektiv ünsiyyət, satış və müştəri ilə iş bacarığı 
  • Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq

 

Son müraciət tarixi: 14.02 2025

 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...