Bazar ertəsi, 21 İyul, 2025

Mühasib vakansiyası


  • Dərc edildi: 23 May, 2024 - 10:43
Mühasib vakansiyası

Mühasib vakansiyası

 

Veliev MMC olaraq komandamıza mühasib axtarırıq:

Vəzifə təlimatı:
• Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi və mühasibat yazılışlarının doğru şəkildə verilməsi;
• Debitor-kreditor borcların təhlili,hesablaşmalar və vaxtı-vaxtında üzləşmələrin aparılması;
• Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
• Xərclərin günlük uçotunun aparılması və proqrama işlənməsi, aylıq xərclər üzrə hesabatın təqdim olunması;
• İdxal olunan mal-material üzrə YGB-lərin vaxtı-vaxtında işlənməsi və maya dəyərinin hesablanması;
• Elektron vergi sistemində gündəlik gələn elektron qaimə-fakturalara nəzarət olunması və uçotunun təşkili;


Tələblər:
• Prosesləri anında analiz etmək bacarığı
• İstehsalat sahəsində təcrübəsinin olması üstünlükdür
• İş təcrübəsi: Minimum 1-2 il iş təcrübəsi
• Təhsili: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil
• IT bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli,
• “LOGO TİGER 3” proqramını bilməsi üstünlükdür

İş şəraiti:

• Ölkənin qabaqcıl və aktiv inkişaf edən Veliev MMC şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Qanunvericiliyə uyğun sənədləşdirmə
• Davamlı karyera inkişafı
• İş rejimi 6 günlük
• Nahar şirkət tərəfindən qarşılanır
• Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir

Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib" mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3782
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2176
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...