Cümə, 6 İyun, 2025

Satış Meneceri vakansiyası


  • Dərc edildi: 29 Aprel, 2025 - 00:28
Satış Meneceri vakansiyası

Vakansiya: Satış Meneceri

 



Biz kimi axtarırıq?

Əgər sən:
· Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
· Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
· Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
· Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,

Deməli, sən bizim axtardığımız namizədsən!

Səni nələr gözləyir?
· Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
· Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
· E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
· İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
· Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.
 


Səndən gözləntilərimiz:


· Şirkətin satış strategiyasını hazırlamaq və həyata keçirmək.
· Satış komandası ilə birgə illik və rüblük satış hədəflərinin müəyyən edilməsi və onların icrasını təmin etmək.
· Müştəri bazasının genişləndirilməsi üçün strategiyalar hazırlamaq və yeni müştəriləri cəlb etmək.
· Rəqib analizi aparmaq və bazar trendlərinə uyğun innovativ həllər təklif etmək.
· Şirkətin məhsul və xidmətlərinin bazarda düzgün mövqeyini təmin etmək.
· Satış proseslərinin səmərəliliyini artırmaq üçün təkliflər vermək və onların tətbiqinə nəzarət etmək.
· Rəhbərliyə dövri satış hesabatlarını təqdim etmək və strategiya üzrə müzakirələr aparmaq.
 


Tələblər:


· Satış sahəsində minimum 3-5 illik təcrübə (menecer vəzifəsində iş təcrübəsi üstünlükdür).
· Azərbaycan dilində mükəmməl, ingilis və rus dilində yaxşı səviyyədə danışıq bacarığı.
· Liderlik, strateji düşünmə və analitik bacarıqlar.
· Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
· Fintech və rəqəmsal xidmətlər haqqında biliklər arzuolunandır.
 


Biz nə təklif edirik?


· Rəqabətədavamlı əməkhaqqı.
· Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
· Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
· Peşəkar və karyera inkişafı üçün imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!

Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.

YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 76
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...