Cümə axşamı, 7 Avqust, 2025

Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur


  • Dərc edildi: 21 Yanvar, 2025 - 12:11
Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur. 

 

Tələblər:

 

· Ali təhsil (biznes idarəçiliyi, iqtisadiyyat, menecment, strateji idarəetmə, təhsil və ya müvafiq sahədə);

· Minimum 1 il iş təcrübəsi (universitetlər və ya təşkilatlarda strateji planlaşdırma və risklərin idarə edilməsi sahəsində təcrübə arzuolunandır);

· Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

· Yaxşı səviyyədə ingilis dili biliyi, rus dili (arzuolunandır);

· İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS office, MS Project, Asana, Trello və s.);

· Analitik düşüncə və təhlil bacarıqları;

· Sahəsinə uyğun sorğuların hazırlanması və təhlil edilməsi;

· Problem həlletmə və qərar qəbuletmə bacarığı;

· Komanda ilə iş və liderlik bacarıqları. 

 

Öhdəliklər:

 

· Strateji planın təhlili və strateji hədəflərə uyğunluğunun qiymətləndirilməsi;

· Universitetin strateji hədəflərinə uyğun olaraq risklərin müəyyənləşdirilməsi;

· Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi;

· Risklərin idarə edilməsi üçün strategiyaların hazırlanması;

· Universitetin strateji planlarına uyğun olaraq təhlillərin aparılması, risklərin qitymətləndirilməsi, müvafiq fəaliyyətlərin həyata keçirilməsi;

· Risk təhlili hesabatlarının hazırlanması.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.01.2025-ci il saat 18:00

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5903
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1137
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 414
“İnnovativ məktəb” l...