Çərşənbə, 4 İyun, 2025

“Zəngilan Könüllüləri” qrupuna qəbula start verilir!


  • Dərc edildi: 6 Dekabr, 2022 - 19:50
“Zəngilan Könüllüləri” qrupuna qəbula start verilir!

“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində Zəngilan şəhərində davamlı könüllü fəaliyyətinə cəlb olunacaq gənclərin seçilməsi üçün “Zəngilan Könüllüləri” qrupuna qəbula start verilir!

Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Zəngilan rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq https://qayidish.konullu.az saytında qeydiyyatdan keçə bilər.

📌 Son müraciət tarixi 15 yanvar 2023-cü ildir.

Seçilmiş gənclərin müvafiq təlim və hazırlıq keçdikdən sonra Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən mütəmadi olaraq Zəngilanda keçiriləcək tədbirlərin təşkilində iştirak edəcək, Zəngilana səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 211
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 56
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...