Cümə, 6 İyun, 2025

Part-time ödənişsiz təcrübə proqramı


  • Dərc edildi: 4 Sentyabr, 2024 - 21:05
Part-time ödənişsiz təcrübə proqramı

Part-time ödənişsiz təcrübə proqramı

 

Azərbaycan Data və Süni İntellekt İcması olaraq, Data və Süni İntellekt sahəsinin inkişafına dəstək vermək məqsədi ilə qabaqcıl proqram təminatı şirkəti SEPTEM Tech ilə birgə əməkdaşlığımız çərçivəsində part-time ödənişsiz təcrübə proqramı elan edirik! 

Təcrübə proqramına seçiləcək namizədlərin ilkin olaraq CV-ləri dəyərləndiriləcək və test mərhələsinə dəvət ediləcək. Test mərhələsini uğurla keçən namizədlər növbəti mərhələdə müsahibəyə dəvət olunacaq. 

Septem Tech, proqram təminatı sahəsində lider şirkətlərdən biri olaraq, müştərilərin bizneslərinin inkişafını artıran mükəmməl məhsul və xidmətləri ilə bazarda uğurla fəaliyyət göstərir. Şirkət həmçinin Data və Süni İntellekt ilə bağlı layihələr həyata keçirir.

Septem Tech şirkətinin rəsmi verb saytı: https://septem.az

Bu program, real iş təcrübəsi əldə etmək, biliklərinizi dərinləşdirmək və sahədəki mütəxəssislərlə əlaqə qurmaq üçün əla fürsətdir! Hazırlaşmağa başlayın və bu fürsəti qaçırmayın! 

Qeydiyyat linki:  LİNK
Son müraciət tarixi: 08.09.2024

Tələblər:

- Müvafiq sahədə ali təhsil.
- SQL, Python, R və ya digər analitik proqramlaşdırma dillərində biliklər.
- Məlumatların vizuallaşdırılması üçün alətlər (məsələn, Tableau, Power BI) haqqında biliklər.
- Statistik analiz və məlumat modelləşdirmə bilikləri.
- Data analitika və ya müvafiq sahədə əvvəlki təcrübə (internship, layihə, və s.).
- Problemləri həll etmə bacarığı və analitik düşünmə qabiliyyəti.
- Məlumatları təhlil etmə və nəticələri təqdim etmə bacarığı.
- Komanda ilə işləmə,Özünə inam və məsuliyyət hissi.
- Şəxsi kompüterə malik olmaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 75
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...