Bazar ertəsi, 2 İyun, 2025

"Məktəbli qızların təhsilinə” dəstək təqaüd proqramına qəbulu açıq elan edilir


  • Dərc edildi: 28 May, 2024 - 15:32
"Məktəbli qızların təhsilinə” dəstək təqaüd proqramına qəbulu açıq elan edilir

2024-2025-ci tədris ilində 10 və 11-ci sinif üzrə kənd məktəblərində təhsil alacaq qızların “Məktəbli qızların təhsilinə” dəstək təqaüd proqramına qəbulu açıq elan edirik! 



Məqsədimiz maddi çatışmazlıqla üzləşən və yalnız kənd məktəblərində təhsil alan qızlarımız üçün təhsili əlçatan edərək öz ayaqları üstündə sağlam durmalarını təmin etməkdir.

Növbəti tədris ilində dəstək olmağı hədəflədiyimiz məktəbli qızlarımız üçün aşağıdakı fəaliyyətləri həyata keçirəcəyik:

Repetitor xərclərinin qarşılanması;
İxtisas seçimi ilə bağlı peşəka

r dəstək;
İmtahan prosesi ilə bağlı psixoloq dəstəyi.

 Müraciət linki: https://forms.gle/pyRHCR7VPL2qNDQc6

Müraciət üçün son tarix:

 30 may 2024-cü il

İlkin seçim mərhələsi qeydiyyat forumu əsasında aparılır. Forumda qeyd edilən məlumatların onlayn müsahibə və ya ailə ziyarəti mərhələsində doğru olmadığı müəyyən edilərsə, proqramda iştirak şansınız olmayacaqdır.

Qeyd edək ki, yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi ilə bağlı iyun ayında məlumat əldə edəcəklər.

Yarıda qalmasın, qızlar oxusun! 
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 27
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 105
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 144
Lisey və gimnaziyala...