İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnsan resursları mütəxəssisi (biznes səfərlərin təşkili üzrə) vakansiyasını elan edir.
Təkliflər:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Vəzifə üzrə görüləcək işlər:
- Əməkdaşların daxili və xarici ezamiyyələri zamanı Agentliyin əməkdaşlıq etdiyi müəssisələr ilə birbaşa işləyərək aviabiletlərin bron edilməsi, alınması üçün sifarişlərin verilməsi və aidiyyəti işlərin görülməsi;
- Səfərlərin rəsmiləşdirilməsi üçün əsaslandırıcı sənədlərin toplanması;
- Viza tələbi olan ölkələrə ezamiyyələr zamanı Agentliyin əməkdaşları üçün vizanın alınması ilə bağlı proseslərdə dəstəyin göstərilməsi;
- Xarici ezam səfərləri zamanı əməkdaşların mehmanxanada yerləşdirilməsi üçün uyğun təkliflərin hazırlanıb təqdim edilməsi və bu prosesin koordinasiya edilməsi.
Tabe olduğu Təlim, inkişaf və qiymətləndirmə şöbəsinin cari fəaliyyətində aşağıdakı istiqamətlərdə dəstəyin göstərilməsi:
* Qiymətləndirmə prosesinin təşkilində iştirak;
* Təlim, inkişaf fəaliyyətləri
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb