Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu 26 aprel 2023-cü il tarixdə “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda Respublika Elmi Konfransı təşkil edəcək.
Konfransın əsas mövzu və istiqamətləri:
– Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik;
– Tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi;
– Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri;
– Dünyada dövlət-din münasibətləri modelləri;
– Ümummilli Lider və Azərbaycanın müsəlman Şərqi siyasətinin prioritetləri;
– Qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq;
– Ekstremizm, terrorizm və radikalizmlə mübarizədə din təhsilinin əhəmiyyəti;
– Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı;
– Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu;
– Heydər Əliyevin siyasətində dünyəvilik və mənəvi dəyərlərin qorunması;
– Heydər Əliyevin milli-mənəvi dəyərlərə dair siyasi kursunun istiqamətləri;
– Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği;
– Azərbaycanda tarixi, mədəni və dini abidələrinin qorunub-saxlanılması və bərpasında Ulu Öndərin rolu;
– Ümummilli Liderin milli-mənəvi və dini dəyərlərə dair siyasi irsinin davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu.
Məqalələrin qəbul qaydaları:
1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillə
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb