Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi “Mobil android developer” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Yeni veb layihələr üzərində çalışmaq
• Mövcud veb layihələri inkişaf etdirmək
• Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq
• Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
• Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
• Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
• Effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
• Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
• Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
• Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
• Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Namizədə qarşı tələblər:
• Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
• İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 2 il;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dilləri dili (əla);
• OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
• Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
• Texniki bilik tələbləri: Java/Kotlin, REST, MVC, git
• Yüksək debug etmək bacarıqı;
• UI/UX proseslərinə diqqət bacarıqı;
• Data strukturları biliyi və algoritmlər hazırlamaq bacarıqı;
• Test yazma bacarığı.
Arzu olunan tələblər:
• WebGL və HTML5 canvas bazlı grafika API'ları biliyi;
• Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
• Agile metodologiyaları biliyi;
• CI/CD proseslərinin qurulması təcrübəsi;
• Avtomatlaşdırılmış testlər yazma bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2024-ciü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mobil android developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır