Vakansiya: İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı məsləhətçisi
Vəzifə funksiyaları:
Əmək müqavilələrinin bağlanması və işdən azad olunmanların Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilməsini həyata keçirmək;
Elektron Hökumət Portalında Əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişini daxil etmək;
Ezamiyyət əmrlərini rəsmiləşdirmək, xərclərini hesablamaq və Maliyyə şöbəsinə təqdim etmək;
Qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərinin tərtib edilməsi, məzuniyyət əmrlərini (ödənişli, ödənişsiz, təhsil və s.) rəsmiləşdirmək, məzuniyyətlərin verilməsinin qeydiyyatını aparmaq, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət etmək;
İşçilərin yerdəyişmə əmrlərini rəsmiləşdirmək və bununla bağlı müvafiq tədbirlər görmək (müqaviləyə dəyişiklik, İT şöbəsinə müraciət və s.);
İşçilərin inzibati tənbehlərini (töhmət və xəbərdarlıqların) və həvəsləndirmə tədbirlərini sənədləşdirmək;
Yeni işçiləri şirkətdaxili qaydalarla və prosedurlarla tanış etmək və oriyentasiya təlimlərini həyata keçirmək;
Karyera sərgilərində iş
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb