Cümə, 6 İyun, 2025

ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tədqiqat sahəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir!


  • Dərc edildi: 28 Oktyabr, 2024 - 16:51
ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tədqiqat sahəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir!

ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tədqiqat sahəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir!
 


 

ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tədqiqat sahəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir!

Vakansiya üzrə əsas istiqamət peşə təhsilinin nəzəri və təcrübi məsələləri ilə bağlı prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma üzrə tədqiqatların aparılması.

Tələblər:

Ali təhsil;

Tədqiqat sahəsində minimum 2 il iş təcrübəsi;

Analitik və tənqidi düşünmə bacarığı;

Rəqəmsal bacarıqlar;

Dil bilikləri: Azərbaycan və ingilis dili – səlis;

Yeniliyə və peşəkar inkişafa açıqlıq;

Təhsil sahəsində işləmək həvəsi.

Vəzifə öhdəlikləri:

Peşə və ömürboyu təhsilin təşkili və idarə olunmasının təkmilləşdirilməsi, tədris prosesinin yeni texnologiyalarla və müasir metodlarla qurulması üzrə tədqiqatların aparılması;

Peşə və ömürboyu təhsilin istiqamətləri üzrə texnoloji, təşkilati və sosial yeniliklərin tədrisi prosesində innovasiyaların tətbiqinin araşdırılması;

Peşə təhsili sahəsi üzrə yerli və beynəlxalq qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanması;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

İş şəraiti: I-V günlər 09:00-18:00;

İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

İş yeri:

Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 10 noyabr tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Tədqiqat üzrə baş mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.

Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 103
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 284
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 81
Elm və təhsil naziri...