Cümə axşamı, 17 İyul, 2025

Şagirdlər Niyə Repetitor Yanına Gedirlər? – Araşdırma Sorğusu


  • Dərc edildi: 17 Fevral, 2025 - 15:27
Şagirdlər Niyə Repetitor Yanına Gedirlər? – Araşdırma Sorğusu

Şagirdlər Niyə Repetitor Yanına Gedirlər? – Araşdırma Sorğusu 





Bu sorğu, şagirdlərin niyə repetitor yanına getdiyini araşdırmaq məqsədi ilə təşkil olunur. Son dövrlərdə məktəb təhsili və repetitorluq münasibətləri cəmiyyətin diqqət mərkəzindədir.



Elm və Təhsil naziri Emin Əmrullayevin 6 fevral 2025-ci il tarixində verdiyi açıqlamaya əsasən, məktəbdə öz şagirdinə dərs deyən müəllimin həm də onun repetitoru olması peşə etikasından uzaq bir hal kimi qiymətləndirilir. Nazir bildirir ki, repetitorluq valideynin seçimidir, lakin bu seçimin arxasında fərqli səbəblər dayanır: məktəbdə tədrisin keyfiyyətsizliyi, ali məktəbə hazırlıq ehtiyacı və ya sadəcə valideynin övladının vaxtını səmərəli idarə etmək istəyi.



Sorğunun nəticələri şagirdlərin repetitor yanına getmə səbəblərini dəqiq öyrənməyə, təhsil prosesindəki boşluqların müəyyən edilməsinə və bu istiqamətdə effektiv təkliflər irəli sürməyə yardımcı olacaq.



Sizdən bu sorğuda aktiv iştirak etməyi xahiş edirik. 



Öncədən vaxt ayırdığınız üçün təşəkkür edirik!



Qeyd: Sorğuda heç bir şəxsi məlumat tələb edilmir! *



Valideynlər üçün: https://forms.gle/YZSEggX4Ze8CqVtB8



Müəllimlər üçün: https://forms.gle/RanMYKL66qiMRCFe8

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 135
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 398
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 5214
Yeni məzunlar üçün I...