Şənbə, 2 Avqust, 2025

"STEAM Azərbaycan" layihəsi təcrübə proqramı elan edir!


  • Dərc edildi: 16 Yanvar, 2025 - 15:23
"STEAM Azərbaycan" layihəsi təcrübə proqramı elan edir!

"STEAM Azərbaycan" layihəsi təcrübə proqramı elan edir!



Bakalavr təhsil pilləsini bitirmiş və ya hal-hazırda magistratura təhsili alan gənclərin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə təcrübə proqramı elan olunur.


Tələblər:


Ali təhsil; (Pedaqoji ixtisaslar üzrə təhsil arzuolunandır)
Xarici dil bilikləri; (ingilis dili mütləqdir, rus dili biliyi arzuolunandır)
Komanda ilə iş bacarığı;
Yüksək ünsiyyət bacarıqları;
Operativlik;
Kompüter bilikləri;
Yüksək səviyyəli təqdimat bacarığı;
Yeniliyə və innovativliyə açıq.



İş mühiti:


STEAM İnnovasiya Mərkəzində fəaliyyətlər;
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə hazırlıq prosesi;
STEAM Mərkəzlərinə səfərlər;
İnteraktiv təlimlərdə iştirak;
Karyerayönümlü real iş mühiti.

 Ödənişsiz proqramda iştirak üçün müraciət etmək istəyənlər CV-lərini 23 yanvar 2025-ci il saat 12:00-a qədər [email protected] ünvanına göndərməlidirlər. Təcrübə proqramına 3 fevral tarixindən start veriləcək, təcrübə müddəti haqqında ətraflı məlumat müsahibə zamanı bildiriləcək.

Qeyd: Elektron-poçt ünvanına məktub göndərən zaman mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməniz mütləqdir.
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5376
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 864
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 306
“İnnovativ məktəb” l...