Şənbə, 7 İyun, 2025

2023-cü il “SOCAR Polymer” yay təcrübə proqramına ərizə qəbulu başladı


  • Dərc edildi: 27 Mart, 2023 - 23:11
2023-cü il “SOCAR Polymer” yay təcrübə proqramına ərizə qəbulu başladı

“SOCAR Polymer” 2023-cü ilin yay təcrübə proqramına ərizə qəbulunu açıq elan edir. Tələbələr “SOCAR Polymer” şirkətinin Sumqayıt şəhərində yerləşən Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarının istehsalat sahəsində və ya ofisində təcrübə keçəcəklər.

 

Təcrübə tələbələr üçün şirkəti daha yaxından tanımaq, müasir neft-kimya sənayesində tələb olunan ən yeni bilik və bacarıqlara yiyələnmək, eləcə də şirkətin həyata keçirdiyi layihələrdə iştirak etmək üçün təkrarsız imkan olacaq.

 

Təcrübə 8 həftə davam edəcək. Təcrübəçilər şirkətlə tanışlıqdan sonra real tapşırıqlar üzərində işləyən kollektivə qoşulacaqlar. Tələbələrə qəbul edildikləri təcrübə sahəsinin incəlikləri ilə yanaşı, müxtəlif təlimlər təşkil olunacaq, onlara mütəxəssislə görüşmək, eləcə də onlardan peşəkar rəy almaları üçün çoxlu imkan yaradılacaq.

 

Bu proqram insan resursları, materialların idarəolunması, texnologiya, laboratoriya, hüquq, İnformasiya Texnologiyaları, maliyyə, sənədlərin idarəolunması, SƏTƏM, texniki dəstəyin planlanması, mühəndislik, texniki dəstək, təchizat sahələri üzrə bilik, bacarıq və təcrübələrini artırmaq istəyən tələbələr üçün nəzərdə tutulub.

 

İştirakçılar yay təcrübəsi proqramına qatılmaq üçün www.socarpolymer.az  saytının “Karyera > İstehsalat Praktikası Proqramı” bölməsində yerləşdirilmiş ərizə formasını doldurmalıdır. Namizədlər öz bilik və bacarıqlarına, eləcə də seçəcəkləri karyera istiqamətlərinə ən uyğun olan bir və ya iki təcrübə sahəsi üzrə proqrama qatılmaq üçün ərizə verə bilərlər.

 

Yüksək təhsil göstəricilərinə və ingilis dilində yaxşı oxuma-yazma bacarıqlarına malik olan, bakalavr pilləsinin son kursunda və ya magistraturada təhsil alan tələbələr müsabiqədə iştirak etməyə dəvət olunurlar.

 

2023-cü il yay təcrübə proqramına ərizə qəbulu üçün verilən vaxt 5 mayadək uzadıldı.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 113
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 287
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...