Bazar, 8 İyun, 2025

Bakı Türk filmləri həftəsi keçiriləcək (GİRİŞ PULSUZDUR)


  • Dərc edildi: 15 Dekabr, 2022 - 16:18
Bakı Türk filmləri həftəsi keçiriləcək (GİRİŞ PULSUZDUR)

17-21 dekabr tarixlərində Nizami Kino Mərkəzində Türk filmləri həftəsi keçiriləcək. Layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Kino həftəsi dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə başlanacaq. 19 dekabrda isə Nizami Kino Mərkəzində S.Kaplanoğlunun ustad dərsi keçiriləcək, onun, yerli kinematoqrafçılarla görüşəcək.

Layihənin proqramına əsasən, “Sədaqət Həsən”, “Yeddinci koğuşdakı möcüzə”, “Uğurlar, Eren”, “Sədaqət – müqəddəs döyüş”, “Eşqin ömrü”, “Ankara yazı”, “Vida məktubu” və “Rafadan tayfa – Göbəklitəpə” (cizgi filmli) ekran əsərləri nümayiş etdiriləcək. Seanslara giriş pulsuz olacaq.

Bundan əlavə, türkiyəli rejissorlar Mustafa Kara, Mehmet Altınal və Qalip Günel, aktyorlar İpek Tuzcuoğlu, İlker Aksum, Umut Karadağ kino həftəsi çərçivəsində Bakıda müvafiq sahə üzrə tələbələrlə, kino xadimləri ilə görüşəcəklər. Birgə layihələrlə bağlı müzakirələr aparılacaq.

Layihə türk filmlərini ölkəmizdə nümayiş etdirməklə bərabər, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, müştərək ekran əsərləri yaratmaq və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.

Giriş sərbəstdir

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 134
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...