Bazar ertəsi, 2 İyun, 2025

"Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib


  • Dərc edildi: 18 Yanvar, 2024 - 17:47
"Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib

18 yanvar 2024-cü il tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan Ucar rayonu Alpı kənd tam orta məktəbinin "Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Ucar rayon Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak edib.
Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözləri ilə açan layihə qalibi, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyəti və mahiyyəti barədə danışıb.

Layihənin məqsədi ucqar kənd məktəblərinin şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.

4 ay müddətində həyata keçirilən layihədə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində,  ümumilikdə 5 gün ərzində pul nişanları, qənaət və israf, pulun tarixi və büdcə anlayışları mövzularında 30 saatlıq təlimlər təşkil olunub.

Qeyd edək ki, "Məktəbin savadlı maliyyəçiləri" layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olub.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...