Çərşənbə axşamı, 22 İyul, 2025

Assistans mərkəzi üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 24 Yanvar, 2025 - 17:29
Assistans mərkəzi üzrə təcrübəçi vakansiyası

“PAŞA Sığorta” ASC namizədləri Assistans mərkəzi üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

 

Vəzifə öhdəlikləri:

· Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi;

· Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi;

· Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi;

· Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması;

· Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi;

· Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;

· Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək;

· Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;

· Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək;

· Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

 

Namizədə tələblər:

· Ali və ya peşə təhsili;

· Müvafiq vəzifədə təcrübə arzu olunandır;

· Azərbaycan və Rus dilləri sərbəst bilikləri; İngilis dili biliyinə üstünlük verilir;

· Microsoft Office bilikləri.

 

Bacarıqlar:

· Ünsiyyətçilik;

· Dəqiqlik;

· Öz fikirlərini təmiz ifadə etmək bacarığı;

· Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;

· Komanda ilə işləmək bacarığı;

· Məsuliyyətlilik;

· Analitik düşüncə tərzi;

· Stressə davamlılıq.

 

Son müraciət tarixi: 03.02.2025 

 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 107
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 52
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4184
Sumqayıt Dövlət Univ...