STP Şirkətlər Qrupuna daxil olan “STP Metal Structures” MMC şirkəti “Baş Mühasib” vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və vəzifənin tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi.
Hansı işləri görəcəksiniz:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb