JB Medical Marketing Agency şirkəti kopirayter axtarır.
Öhdəliklər:
· Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü, məlumatlandırıcı, maarifləndirici və əyləncəli mətnlər hazırlamaq
· Sosial Media, kataloq, məhsulların texniki xüsusiyyətləri haqqında sənədlər üçün kontent hazırlamaq
· Həkimlərin və klinikaların internet saytları üçün kontent hazırlamaq
· Kampaniyalar üçün sloqanlar hazırlamaq
Namizəd üçün tələblər:
· Düzgün kopiraytinq, mətn yazma bacarığı
· Azərbaycan, rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi biliklər
· Bu sahədə minimum 2 il iş təcrübəsi
· Kreativ və daim araşdırma etməyi sevən
· Komanda ilə işləmək bacarığı
· Kollektivə və iş mühitinə uyğunlaşa bilən
İş rejimi:
· Ofis işi
· 5/2, 9:00-18:00
· Əmək haqqı namizədlə danışılacaq. Bu, kopirayterin sərbəst yazdığı dillərdən, iş sürətindən, yazılı mətnlərin keyfiyyətindən asılıdır. Başlanğıc əmək haqqı 800 manat.
Maraqlanan şəxslər cv və portfoliolarını [email protected] adresinə göndərsin.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb