Baku Electronics satış sahəsində təcrübəyə sahib olan namizədləri "Satış üzrə mütəxəssis" vəzifəsinə müraciət etməyə və peşəkar komandamızın bir üzvü olmağa dəvət edir.
Xüsusitələblər:
· Təhsil: Ali;
· Korporativ satış sahəsi üzrə 1-3 ilədək iş təcrübəsi;
· Azərbaycan və rus dilllərini yüksək səviyyədə bilmək;
· MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
· Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
· Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
Vəzifə təlimatı:
· Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
· Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri görüşlərinin planlanması;
· Müştəri ilə görüşlər və təqdimatların keçirilməsi;
· Görüş nəticələrinin izlənilməsi;
· Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
· Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
· Təklif əsasında müqavilənin və müvafiq sənədlərin hazırlanması;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərəmüraciət ünvanlaya bilər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb