Cümə, 25 İyul, 2025

"Təchizat şöbə müdiri" vakansiyası


  • Dərc edildi: 17 Avqust, 2022 - 10:59
"Təchizat şöbə müdiri" vakansiyası

Araz Supermarketlər Şəbəkəsi "Təchizat şöbə müdiri" vakansiyası üzrə işə qəbul elan edir!
Vəzifə öhdəlikləri:
Şirkətlə əlaqədar təchizat və satınalma fəaliyyətlərinin həyata keçirilməsi;
Satınalma ilə bağlı fəaliyyətin planlaşdırılması, istiqamətləndirilməsi və nəzarətdə saxlanılması;
Sifarişlərin vaxtlı-vaxtında təmini, icra və çatdırılmanın düzgün həyata keçirilməsi;
Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması;
Təchizatçılar/subpodratçılar ilə əlaqələrin qurulması və danışıqların aparılması;
Təchizatçı siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsi;
Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Əməliyyat xərclərinə qənaət etmək üçün ən yaxşı təchizat strategiyalarının planlaşdırılması və rəhbərliyə təqdim edilməsi;
Mütəmadi olaraq rəhbərlik tərəfindən tələb edilən hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 5 illlik iş təcrübəsi;
Azərbaycan dilində səlis bilik (rus dili və ingilis dil biliyi arzuolunan);
MS Office bilikləri;
Bazarı təhlil etmək bacarığı;
Hesabatların tərtib edilməsi bilikləri;
Komandada işləmək bacarığı;
Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;
Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.
İş şəraiti:
5 günlük iş rejimi;
Tibbi sığorta;
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təchizat şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 101
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 671
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 418
Azərbaycan Texnologi...