Çərşənbə, 4 İyun, 2025

Azərbaycan Texniki Universitetində (AzTU) təlim və inkişaf mütəxəssisi vəzifəsinə vakansiya elan edilir


  • Dərc edildi: 8 Yanvar, 2025 - 22:32
Azərbaycan Texniki Universitetində (AzTU) təlim və inkişaf mütəxəssisi vəzifəsinə vakansiya elan edilir

Azərbaycan Texniki Universitetində (AzTU) təlim və inkişaf mütəxəssisi vəzifəsinə vakansiya elan edilir. 

 

Tələblər:

 

· Ali təhsil (insan resursları, idarəetmə və ya müvafiq sahədə);

· Təlim və inkişaf sahəsində minimum 2 il iş təcrübəsi;

· Təlim və inkişaf sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiq etmək bacarığı;

· Təqdimat hazırlamaq və məlumatı qrafik şəkildə təsvir etmək bacarığı;

· Azərbaycan dilini səlis bilməli (ingilis dili biliyi üstünlükdür);

· MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;

· Yüksək kommunikasiya, təşkilatçılıq və təqdimetmə bacarığı.

 

Vəzifə öhdəlikləri:

 

· Təşkilatın fəaliyyətinə və strateji məqsədlərə  əsaslanaraq əməkdaşların təlim və inkişafı üçün hazırlanan uzunmüddətli və qısamüddətli planların tətbiqi;

· İşçilərin Fərdi İnkişaf Planlarına (FİP) uyğun olaraq təlimlərin təşkilati məsələlərini əlaqələndirmək, o cümlədən cədvəlin qurulması, yerlərin təşkili, materialların hazırlanması və iştirakçılarla ünsiyyəti təmin etmək;

· Təlim və inkişaf sahəsində yeni tendensiyaların və ən yaxşı təcrübələrin monitorinqi;

· Təlim ehtiyaclarının müəyyən edilməsi və sistemləşdirilməsinə dəstək;

· İnkişaf məqsədlərini dəstəkləmək üçün zəruri hallarda daxili və xarici kouçlarla, mentorlarla əməkdaşlıq edərək işçilər üçün kouçinq və mentorluq proqramlarını təşkil etmək;

· Sorğuların keçirilməsini təşkil etmək;

· Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi;

· Təlim və inkişaf üzrə hesabatların hazırlanmasında iştirak etmək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 15.01.2025-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 217
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...